“Azərbaycan və Ermənistan arasında əməkdaşlığın inkişafı regionumuzda sabitliyin möhkəmlənməsinə imkan verəcək”

 18:57 24.11.2026     45

“Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsinin regional bağlantıların gücləndirilməsi və hər iki ölkənin nəqliyyat potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır”.

Redaktor.az xəbər verir ki, bunu 24 noyabr 2026-cı il tarixində Xarici İşlər Nazirliyinin inzibati binasında Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında dedi.

O vurğuladı ki, altı illik fasilədən sonra Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası mühüm addımdır. Daha sonra Azərbaycan-Ermənistan münasibətlərindən də danışdı:

“Azərbaycan və Ermənistan arasında əməkdaşlığın inkişafı regionumuzda sabitliyin möhkəmlənməsinə, eləcə də Cənubi Qafqazın potensialından daha səmərəli istifadə olunmasına imkan verəcək”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən