Ceyhun Bayramov ticarət dövriyyəsi ilə bağlı narazılığını bildirdi
“Azərbaycan və Litva arasında strateji əməkdaşlıq sənədlərinin imzalanması münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”.
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə keçirdiyi mətbuat konfransında bildirdi.
O, diqqətə çatdırdı ki, bu sənədlər bir sıra vacib sahələri əhatə edir və gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradır.
“İqtisadi və ticarət əlaqələrinə də toxunaraq qeyd etmək istərdim ki, hazırkı ticarət dövriyyəsi ölkələrin qarşılıqlı potensialı ilə müqayisədə qənaətbəxş deyil. Litvalı nazirin rəhbərliyi ilə şirkət rəhbərləri də Azərbaycana səfər edib. Bu sahədə də əməkdaşlıqlar nəzərdə tutulur”, – deyə Ceyhun Bayramov vurğuladı.
NURİYYƏ













