Litva şirkəti Qarabağda 650 iş yeri yaradacaq - Nazir AÇIQLADI
“Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlıq imkanları, xüsusilə də ölkəmizdə biznes fəaliyyəti üçün perspektivli sahələr müzakirə olunub. Sabah keçiriləcək biznes forumunda bu istiqamətlər üzrə daha ətraflı məlumatların təqdim edilməsi nəzərdə tutulur”.
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə keçirdiyi mətbuat konfransında dedi.
Nazir vurğuladı ki, Şərq-Qərb dəhlizi, Ələt Azad İqtisadi Zonasının logistik və qanunvericilik üstünlükləri, eləcə də işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parkları xarici investorlar üçün mühüm imkanlar yaradır.
“Litvanın “Dominare” şirkətinin Araz Vadisi İqtisadi Zonasında həyata keçirdiyi layihə bu əməkdaşlığın ilkin müsbət nümunəsidir. Layihənin reallaşması nəticəsində işğaldan azad edilmiş ərazilərdə 650 yeni iş yerinin yaradılması planlaşdırılır”, – deyə Ceyhun Bayramov bildirdi.
NURİYYƏ













