Litva Azərbaycanla biznes əlaqələrində yeni səhifə açmaq istəyir - Kestutis Budris
“Biz həmçinin biznesdən biznesə əlaqələri təşviq edirik. Belə ki, sabah İqtisadiyyat nazirinin də iştirakı ilə müzakirə keçirəcəyik. Bu müzakirələr xüsusi bilik və məhsullar təqdim edən, eyni zamanda investisiya imkanları axtaran biznes icmalarımızla aparılacaq”.
Redaktor.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında dedi.
O, bu istiqamətdə artıq müəyyən nəticələr əldə edilməsindən məmnunluğunu ifadə etdi:
“Belə ki, Azərbaycanda biznes və investisiya fəaliyyətimiz var və regionda genişlənmə imkanlarını, həmçinin enerji və bağlantılar sahələrini araşdırırıq. Litva təchizat mənbələrini daha da şaxələndirməyin yollarını axtarır. Ümumilikdə, Avropa İttifaqında təbii qaz idxalını artırmaqla bağlı çox iddialı planlarımız var. İlk növbədə ona görə ki, Litva mayeləşdirilmiş təbii qazın idxalı və daha sonra regionun digər ölkələrinin təmin edilməsi baxımından güclü mövqeyə malikdir. Bu, bizim üçün gələcəyə baxmaq baxımından həm də yeni bir səhifədir”.
NURİYYƏ













