Litva Ermənistanla sülh sazişinin imzalanacağına ümid edir - Nazir
“Litvanın Azərbaycanın təkcə təchizatçı kimi deyil, həm də Mərkəzi Asiya və ondan kənar regionlarla əlaqəlilik baxımından “Qlobal Avropa” vasitəsilə investisiya məkanı kimi çıxış etməsində, eləcə də sabitliyin və rifahın təşviqinə dəstək verməkdə aydın marağı var”.
Redaktor.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında dedi.
Onun sözlərinə görə, hazırkı məqam Litva ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin yenilənməsi üçün əlverişlidir.
“Sülh, regional sülh və təhlükəsizlik məsələsinə gəlincə, Litva tərəfindən sizin konstruktiv rolunuza, sülh naminə göstərdiyiniz bütün səylərə və sadiqliyinizə yüksək qiymət verilir. Artıq əldə olunmuş Vaşinqton razılaşması və sülh sazişinin paraflanması münasibətilə sizi təbrik edirik. Biz hadisələri, həmçinin Ermənistandan gələn bəyanatları izləyirik və ümid edirik ki, bu, sazişin yekun imzalanması ilə nəticələnəcək”, – deyə Kestutis Budris bildirdi.
NURİYYƏ













