Litva Azərbaycan və Aİ arasında viza rejiminin sadələşdirilməsini dəstəkləyəcək - Kestutis Budris
“Litva Aİ Şurasının sədri kimi Azərbaycanla Aİ ölkələri arasında viza rejiminin sadələşdirilməsinə dəstək göstərəcək”.
Redaktor.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında dedi.
Nazir qeyd etdi ki, təkcə müzakirələri deyil, hər iki tərəfdə müvafiq hüquqi prosesləri də yenidən başlamaq lazımdır:
“Mən həqiqətən inanıram ki, səyahət üçün daha yaxşı şəraitin yaradılması və əlaqələrin genişləndirilməsi həm də daha çox anlaşma gətirir və ölkələrin əməkdaşlığı üçün daha çox imkanlar yaradır”.
NURİYYƏ













