XİN rəhbərləri matçı birlikdə izlədilər - FOTO

 11:13 26.11.2026     101

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Litvanın xarici işlər naziri Kestutis Budris böyük maraqla gözlənilən “Sabah” – “Barselona” matçını birlikdə izləyərək bu mühüm idman tədbirinin həyəcanını bölüşüblər.

Redaktor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında məlumat paylaşılıb.

“Görüşün xüsusi məqamlarından biri isə “Sabah” futbol klubuna litvalı baş məşqçi Valdas Dambrauskasın rəhbərlik etməsidir ki, bu da tədbirə əlavə rəng qatır və Azərbaycan ilə Litva arasında insanlararası əlaqələri ön plana çıxarır”, - deyə paylaşımda qeyd edilib.






Vumart və Güvən reklamı Vumart Güvən