Estoniyanın XİN rəhbəri Azərbaycana gəlir - Bu SƏBƏBDƏN

 17:07 26.11.2026     25

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna noyabrın 27-də Bakıya səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayılıb.

Bildirilib ki, Marqus Tsaxna səfər çərçivəsində Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışında iştirak edəcək. O, dövlət rəsmiləri ilə görüşəcək.

Görüşlərdə ikitərəfli əməkdaşlığın, xüsusilə biznes, innovasiya və rəqəmsal hökumət sahələrində əlaqələrin dərinləşdirilməsi müzakirə olunacaq. Tərəflər həmçinin Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi, regional və Avropa təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər.

Vumart və Güvən reklamı Vumart Güvən