Marqus Tsaxna Bakıda səfərdədir

 09:28 27.11.2026     34

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Bakıya səfərə gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə Tsaxna X hesabında paylaşım edib.

"Bakıya yenicə gəldim. Bu gün biz Estoniyanın Azərbaycandakı səfirliyini rəsmən açırıq. Bu, ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsini əks etdirən mühüm hadisədir", - nazir qeyd edib.

Tsaxnanın sözlərinə görə, səfər çərçivəsində müxtəlif istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinin, habelə regional və Avropa təhlükəsizliyinin möhkəmləndirilməsi məsələlərinin müzakirə olunması planlaşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən