Keçmiş prezidentlər HƏBS edilə bilər Qırğızıstanda

 18:50 05.04.2019     477

Qırğızıstan parlamenti keçmiş prezidentlərə verilmiş imtiyazların ləğvini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, sənədin leyhinə 111, əleyhinə 6 deputat səs verib. Sənəddə keçmiş prezidentlərin toxunulmazlığının ləğvi və başqa vəzifədə çalışarkən yol verdiyi nöqsanlara görə məsuliyyətə cəlb edilməsi nəzərdə tutulub.

Səlahiyyət müddəti başa çatan keçmiş dövlət başçıları siravı vətəndaşlar kimi mühakimə olunacaq. Parlament sənədi dövlət başçısı Sooronbay Jeenbekova göndərib. Prezident sənədi təsdiq edərsə, qanun qüvvəyə minəcək.

Anar Türkeş / Redaktor.az