Uğursuz Kanada sammiti G-7 ölkələrinə dərs olub Nazirlər hazırlıq toplantıları keçirir

 19:00 05.04.2019     585

Fransanın Dinar şəhərində G-7 ölkələrinin Xarici və Daxili İşlər nazirləri bir araya gəlib.

Redaktor.az xarici KİV-lərə istinadən məlumat verir ki, toplantı 25-27 avqust tarixlərində Biarrits qəsəbəsində təşkil olunacaq “böyük yeddilik” sammitinə hazırlıq məqsədi daşıyır. Fransa mediası yazır ki, G-7 ölkələri Kanadada təşkil olunmuş uğursuz sammitdən nəticə çıxararaq, oxşar proseslərin Fransa sammitində təkrarlanmasını istəmir.

Bu üzdən tərəflər hazırlıq toplantısı keçirməyə qərar verib.

Anar Türkeş / Redaktor.az