Keçmiş baş nazir HƏBS EDİLDİ Xorvatiyanın

 18:15 05.04.2019     447

Xorvatiyanın keçmiş baş naziri İvo Sanader 6 il azadlıqdan məhrum edilib.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, sabiq hökümət başçısı səlahiyyətlərindən sui-istifadə etməkdə günahkar bilinib. Konstitusiya məhkəməsi də artıq qərarı təsdiq edib.

Qeyd edək ki, 2003-2009-ci illərdə baş nazir vəzifəsini icra edən Sanaderin 2 milyon avro mənimsədiyi iddia edilir.

Anar Türkeş / Redaktor.az