İlham Əliyev Azərbaycanı fərqləndirən amillərdən DANIŞDI

 19:58 05.04.2019     498

Azərbaycan iqtisadi və əlbəttə, siyasi cəhətdən tam müstəqil ölkədir.

Redaktor.az  AZƏRTAC-a istinən xəbər verir ki, bu fikirləri Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışında Prezident İlham Əliyev deyib:
 
"Heç kimdən asılı deyilik, maliyyə vəziyyətimiz sabitdir, gəlirlərimiz artır, icra etdiyimiz böyük layihələr, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi yaxın gələcəkdə bizə əlavə gəlirlər gətirəcəkdir. Bu gəlirlər ədalətli şəkildə bölüşdürüləcək, bir daha demək istəyirəm ki, ilk növbədə, vətəndaşların sosial rifahına yönələcəkdir".
 
Dövlətimizin başçısı vurğulayıb ki, bu gün Azərbaycanda hər sahədə çox böyük quruculuq işləri aparılır - iqtisadi sahədə, sosial sahədə. Xəstəxanalar, məktəblər tikilir, yeni sosial obyektlər istifadəyə verilir, yollar salınır, köçkünlər üçün belə gözəl şərait yaradılır. Quruculuq, abadlıq, inkişaf bu gün Azərbaycanı fərqləndirən amillərdir.