Tramp Meksikaya iqtisadi cərimə tətbiq edəcək

 21:12 05.04.2019     483

ABŞ Prezidenti Donald Tramp Meksikaya qarşı 500 milyard dollar məbləğində iqtisadi cərimə tətbiq etməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bunu D.Tramp “Twitter” səhifəsində yazıb.
 
O bildirib ki, bu addım Meksikadan ABŞ-a narkotik qaçaqmalçılığı ilə əlaqədardır:
 
“Meksikadan və cənub sərhədlərimizdən keçirilən narkotiklərə görə 500 milyard dollar iqtisadi cəriməni nəzərdən keçirirəm. Hər il 10 mindən çox amerikalı ölür, nə qədər ailələr dağılıb!”