Ukraynada prezident seçkilərinin ilk turunun nəticələri açıqlandı

 18:11 07.04.2019     420

Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin birinci turunun rəsmi nəticələrini açıqlayıb.

Redaktor.az qafqazinfo-ya istinadən xəbər verir ki, MSK rəhbəri Tatyana Slipaçukun açıqlamasına görə, Vladimir Zelenski seçicilərin 30,24% (5 713 825 nəfər), Petro Poroşenko isə 15,95% (3 014 523 nəfər) səsini toplayıb.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.