Moskvada Putinlə Ərdoğan arasında görüş olub

 15:54 08.04.2019     405

Bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

Redaktor.az Anadolu agentliyinə istinadən məlumat verir ki, Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası çərçivəsində baş tutan görüş zamanı iki ölkə arasındakı münasibətlərlə yanaşı Suriya münaqişəsi və digər regional problemlər müzakirə olunub.

Putin Ankara ilə iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyinə diqqət çəkərək, iki ölkə arasında əməkdaşlığın qlobal səviyyədə önəm kəsb etdiyini vurğulayıb.

Ərdoğan isə bildirib ki, Rusiya ilə xüsusən Suriya münaqişəsinin həlli istiqamətində atacaqları addımlar böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısından sonra prezidentlər birgə mətbuat konfransı keçirəcək, dövlət başçıları bir sıra sənədlər imzalayacaq.

Anar Türkeş / Redaktor.az