Slovakiyada himn QALMAQALI Parlament qanun layihəsini qəbul etdi

 16:51 08.04.2019     455

Slovakiya parlamenti ölkə ərazisində xarici dövlət himnlərinin səsləndirilməsinə qadağa qoyan qanun layihəsini qəbul edib.

Redaktor.az xarici KİV-ə istinadən məlumat verir ki, qadağa toplantıları və insanların toplaşdığı tədbirləri əhatə edir. Himn yalnız həmin ölkə rəsmilərinin olduğu toplantılarda səsləndirilə bilər.

Qanun layihəsi həddindən artıq milliyətçi təmayüllü SNS partiyası tərəfindən hazırlanıb. Qanunun qüvvəyə minməsi üçün isə son sözü prezident Andrey Kiska deyəcək.

Lakin dövlət başçısı sənədi imzalamayacağını bəyan edib.

Qeyd edək ki, Slovakiya əhaləsinin 10 faizini macarlar təşkil edir. Bu səbəbdən idman yarışları və digər toplantılarda tez-tez Macarıstan himni səslənir.

Anar Türkeş / Redaktor.az