"Ermənistan əhalisi Azərbaycanın təsir dairəsinə düşüb" David Tonoyan

 17:13 08.04.2019     391

Erməni hücum dəstələri düşmənin arxasında xaos yarada bilərlər.

REDAKTOR.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu “Mediamaks”a müsahibəsində Ermənistan Müdafiə naziri David Tonoyan deyib. O, provokasiya olacağı təqdirdə Azərbaycan ərazisində qarşı-qarşıya gələcəklərini bildirib.

Tonoyan Azərbaycanın bir nöqtədə provokasiyaya yol verəcəyi təqdirdə “erməni ordusunun bir neçə nöqtəyə zərbə endirəcəyini” söyləyib.

Müdafiə naziri İrəvanın Rusiyadan çoxfunksiyalı hərbi təyyarələr almasının Azərbaycana assimetrik cavab olduğunu deyib.

O, Ermənistan əhalisinin Azərbaycanın təsir dairəsinə düşdüyünü söyləyib:

“Azərbaycana elə gəlir ki, qələbə və ərazilər barədə danışıqlar onun monopoliyasındadır. Bu cür monopoliya onlarda yoxdur və olmayacaq”.