II Qaregin Dağlıq Qarabağda Hansı məsələlər müzakirə edildi?

 17:50 08.04.2019     429

Bütün ermənilərin katolikosu II Qaregin bu gün Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə gəlib.

REDAKTOR.AZ Axar.az-a istinadən xəbər verir ki, o, burada Qarabağ separatçılarının rəhbəri Bako Saakyanla görüşüb. Görüşdə ermənilərin birliyi, “daxili-xarici siyasət” və s.ə məsələlər müzakirə edilib.

Qeyd edək ki, bundan öncə Dağlıq Qarabağa Ermənistan Baş Qərargah rəisi Artak Davtyan və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbər Artur Vanetsyan gəlib.