Çin nüvə sazişinin qorunması üçün AB ilə əməkdaşlıq etməyə hazırdır

 18:30 08.04.2019     397

“Çin nüvə sazişinin qorunması üçün Avropa Birliyi ilə əməkdaşlıq etməyə hazırdır”.

Redaktor.az-ın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, Çinin baş naziri Li Keçiyanq Almaniya mediasına açıqlamasında bildirib ki, sazişin qüvvədə qalması dünya dövlətləri üçün önəmlidir.

“Çin və AB arasında coğrafi məsafə qlobal problemlərin birgə həllinə əngəl törətmir” deyən hökumət başçısının sözlərinə görə, ölkəsi Avropa İttifaqı ilə digər qlobal məsələlərin həlli üçün də əməkdaşlıq etməyə hazırdır.

Qeyd edək ki, bu həftə Brüsseldə Çin və AB arasında birgə işgüzar toplantı keçiriləcək.

Anar Türkeş / Redaktor.az