AŞPA-da Şahbaz və Dilqəmlə bağlı çağırış Onlar azad olunsun

 21:25 08.04.2019     441

Bu gün AŞPA-da Avropa Şurası İnsan haqları üzrə Komissarı xanım Dunya Miyatoviç çıxış edib və millət vəkillərinin suallarını cavablandırıb.

Redaktor.az bildirir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva Avropa Demokratlar Qrupu adından AŞ İnsan Haqları üzrə Komissarı qarşısında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ qaldırıb.
 
Millət vəkili çıxışında Ermənistan rəhbərliyinin Azərbaycanın girovluqda olan mülki şəxslərinin hüquqlarını pozmaqda davam etdiyini bildirərək Komissara, Avropa təşkilatlarına çağırış edib. 
 
Dünya Myatoviç Avropa Şurasının və rəhbərlik etdiyi qurumun susmadığını, bu işlə məşğul olduqlarını bildirib. O, həmçinin hər iki ölkənin hakim dairələri, vasitəçilərlə əlaqə saxladıqlarını, bu məsələnin həlli ilə məşğul olduqlarını xüsusi vurğulayıb. Eyni zamanda Avropa Şurası İnsan Haqları üzrə Komissar Dilqəm və Şahbazın azad  olunmasında iştirak etməyi çox istədiyini də qeyd edib.
 
Firuzə