Müxalifət İstanbulu fəth etdi SON DƏQİQƏ

 21:04 08.04.2019     423

Türkiyədə keçirilən növbəti bələdiyyə seçkilərinin nəticələri gözlənilməz olub.

Redaktor.az “haberler” saytına istinadən xəbər verir ki, seçkilərin nəticələrinə görə, Türkiyənin böyük və əhəmiyyətli bölgələrində müxalifət qələbə çalıb.
 
İstanbul üçün də nəticələr maraqlı olub. Belə ki, səsvermədə 94 faiz səslər hesablanıb. Nəticələrə görə, “Millət ittifaqı”nda təmsil olunan ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndəsi Ekrem İmamoğlu seçicilərin 48,70 % səsini qazanıb- 41 708 68 səs.
 
Ekrem İmamoğlunun əsas rəqibi Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binali Yıldırım isə az səs fərqi ilə- 48,58% ilə geridə qalıb. Binali Yıldırım 41 556 59 seçicinin səsini qazana bilib.