Trampdan İrana ağır zərbə ABŞ SEPAH-ı terrorçu təşkilat kimi tanıdı

 22:07 08.04.2019     481

ABŞ prezidenti Donald Tramp yeni qalmaqallı qərara imza atıb.

Redaktor.az xəbər verir ki, Amerika rəhbərinin yeni qərarına görə, Vaşinqton İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilatlar siyahısına daxil edib. 
 
“ABŞ Dövlət Departamentinin rəhbərliyi ilə atılan bu addımla nəinki İranın terrorizmin sponsoru olduğu, hətta SEPAH-ın terrorçuluq fəaliyyətlərində yaxından iştirak etdiyi, onu maliyyələşdirdiyi, dövlət səviyyəsində terrorçuluğu dəstəklədiyi təsbit olunur”, - Donald Tramp bildirib.