İsraildə parlament seçkiləri keçirilir

 13:03 09.04.2019     427

Bu gün İsraildə parlament seçkiləri keçirilir.

Redaktor.az Anadolu agentliyinə istinadən məlumat verir ki, 120 yerlik knessetdə təmsil olunmaq üçün 41 partiya mübarizə aparır. 5 milyon 800 mindən çox seçici səsvermə hüququna malikdir.

Sorğular baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasının az fərqlə birinci olacağını göstərir.

Anar Türkeş / Redaktor.az