Qazaxıstanda növbədənkənar prezident seçkilərinin VAXTI AÇIQLANDI

 13:08 09.04.2019     421

İyun ayının 9-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Redaktor.az-ın məlumatına görə, bu barədə dövlət başçısı səlahiyyətlərini icra edən Kasım-Jomart Tokayev açıqlama verib. Tokayev seçkilərin azad, şəffaf və demokratik keçəcəyinə zəmanət verdiyini bildirib.

Xatırladaq ki, 1990-ci ildən bəri ölkəyə rəhbərlik edən Nursultan Nazarbayev ötən ay prezident postundan istefa verib.

Anar Türkeş / Redaktor.az