Ruhanidən ABŞ-a XƏBƏRDARLIQ "İran nüvə proqramını inkişaf etdirəcək”

 14:23 09.04.2019     360

“ABŞ təzyiqləri dayandırmasa, İran nüvə proqramını inkişaf etdirəcək”.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani Vaşinqtonun İslam İnqilabı keşikçiləri Korpusu barədə qərarına münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, prezident Donald Tramp “SEPAH”ı terror siyahısına əlavə etməklə səhvə yol verib. Bu qərar İran xalqının daha da sıx birləşməsinə səbəb olacaq.

Qeyd edək ki, Vaşinqtonun İran ordusunu terrorçu kimi tanımasından sonra Tehran da məsələyə oxşar cavab verib.

Anar Türkeş / Redaktor.az