Rus general İrəvana gəldi Yeni təlim

 14:44 09.04.2019     390

MDB-nin Antiterror Mərkəzinin rəhbərinin müavini general-mayor Sergey Dudko İrəvana gəlib.

Redaktor.az axar.az-a istinadən xəbər verir ki, Dudko İrəvanda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla görüşüb.

Dudko MDB-nin sentyabrda Ermənistanda keçirəcəyi “Ararat-Antiterror-2019” təliminə hazırlığı müzakirə edib.

Qeyd edək ki, təlimə Rusiyanın Ermənistandakı 102-ci bazasının da cəlb ediləcəyi bildirilib.