İstanbulda seçkilərin yenidən keçirilməsi tələb olunur

 15:23 09.04.2019     503

“Ədalət və İnkişaf partiyası fövqəladə etiraz yolundan istifadə edərək, İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsini tələb edəcək”.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hakim partiyanın sədr müavini İhsan Yavuz belə açıqlama verib. O bildirib ki, İstanbulun Böyükçəkməcə rayonundakı seçki nəticələrinin də ləğvi üçün bu gün müraciət ediləcək.

Qeyd edək ki, İstanbulun bir sıra rayonlarında kobud pozuntular qeydə alınıb.

Anar Türkeş / Redaktor.az