"İstanbulda bələdiyyə seçkiləri təkrarlana bilər" Dövlət Baxçalı

 18:11 09.04.2019     689

Türkiyənin Milliyətçi Hərəkat partiyasının lideri Dövlət Baxçalı İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilə biləcəyini istisna etməyib.

Redaktor.az Anadolu agentliyinə istinadən məlumat verir ki, o, seçkilər zamanı yol verilən qanun pozuntularının nəticəyə ciddi təsir etdiyini vurğulayıb. MHP liderinin sözlərinə görə, demokratik yollarla mövcud gərginlik həllini tapmasa, qanun 60 gün ərzində yeni seçkilərin keçirilməsinə imkan verir.

Qeyd edək ki, bu gün hakim Ədalət və İnkişaf  Partiyası yeni seçkilərin keçirilməsi üçün Ali Seçki Komissiyasına müraciət edib. Müxalif namizəd Əkrəm İmamoğlunun qələbə qazanmasına səbəb olan çoxlu qanun pozuntularının aşkar edilməsi bu müraciətlə nəticələnib.

Anar Türkeş / Redaktor.az