Ərdoğan Trampı yumşaq qarnından "vurdu"

 18:31 09.04.2019     422

Amerika Birləşmiş Ştatlarının “ABC News” televiziyası prezident Donald Trampla Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan “S-400”hava hücumundan müdafiə sistemlərinə dair telefon müzakirəsinin detallarını yayımlayıb.

Redaktor.az-ın məlumatına görə, Dövlət Departamenti və Pentaqon nümayəndələri telefon söhbətindən əvvəl “Ağ ev” rəhbərindən “S-400” məsələsində Ərdoğana sərt ultimatum verməsini istəyib. Amerikalı rəsmilər Türkiyə liderinin onları dinləmədiyini vurğulayaraq, bu işi Trampa həvala edib.

Lakin fevralın 22-də baş tutan telefon danışığı amerikalı rəsmilərin ümid etdiyi tərzdə keçməyib. Tramp Ərdoğana sanksiya təhdidi ilə təzyiq göstərmək istəsə də, aldığı cavablar qarşısında mövzunu dəyişdirmək məcburiyyətində qalıb. Ərdoğan deyib:

“Konqres “S-400”lərlə bağlı Türkiyəyə sanksiya tətbiq edərək, sizin səlahiyyətlərinizi pozub”.Konqres “Düşmənlərə qarşı sanksiya yoluyla mübarizə aparmaq” qanunundan Türkiyəyə qarşı istifadə edərək, konstitusiyaya zidd addımlar atır. Beləliklə sizin icra səlahiyyətlərinizi də əlinizdən alırlar”.

Bu cavabdan sonra Tramp “Konqres nümayəndələri ilə danışaram” deyərək mövzunu dəyişib. Amerikalı rəsmilər bu vəziyyəti “Ərdoğan Trampı yumşaq qarnından” vurdu başlığıyla ifadə edib.

Anar Türkeş / Redaktor.az