KİV: İsraildə parlament seçkilərinin qalibi "sağ blok" olub

 10:58 10.04.2019     451

İsraildə ötən gün keçirilən parlament seçkilərində baş nazir Binyamin Netanyahunun qurduğu “sağ blok” qələbə qazanıb.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, səslərin 97 faizi sayılsa da, nəticələrə dair hələlik rəsmi açıqlama verilməyib.

Yerli media yazır ki, “sağ blok” parlamentdə 65, Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisinin liderliyindəki sol və mərkəz partiyaları isə 55 mandat əldə edib.

Anar Türkeş / Redaktor.az