ABŞ-da ermənilər Paşinyanın arvadından niyə gizlənib? Ermənişünas alimdən ŞƏRH

 13:31 10.04.2019     476

Paşinyanın arvadı Anna Akopyanın ABŞ-a səfəri ilə bağlı ABŞ-da fəaliyyət göstərən erməni televiziyalarından heç biri material verməyib.

Redaktor.az bildirir ki, bu barədə ermənişünas alim İsmayıl Tanrıverdi məlumat yayıb.

İ.Tanrıverdinin sözlərinə görə, erməni mətbuatı bu faktı təşvişlə yayır. O, bu halın niyə baş verdiyinə aydınlıq gətirib:

“Aradan bir il vaxt keçməsinə baxmayaraq, Paşinyan hakimiyyəti hələ də diasporanın etibarını qazana bilməyib. Təbii ki, ABŞ-da fəaliyyət göstərən erməni diasporasına qabaqcadan məlumat verilib ki, Anna Akopyan yardım toplamaq üçün ABŞ-a gedib. Buna görə də erməni TV-ləri və imkanlı ermənilər Annadan gizlənməyə çalışıb. Deyilənə görə, Anna cəmi 150 000 dollar yardım qopara bilib”.

REDAKTOR.AZ