İrandan ABŞ-a müharibə XƏBƏRDARLIĞI "Dərhal qarşılıq veriləcək"

 12:52 10.04.2019     448

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu siyahısına daxil edən ABŞ-a sərt xəbərdarlıq edib.

Redaktor.az-ın İrna agentliyinə istinadən məlumatına görə, o bildirib ki, Vaşinqtonun İran ordusuna hərbi müdaxiləsi ciddi nəticələrə yol açacaq.

“Amerikalı hərbçilər səhvə yol verərsə, dərhal qarşılıq görəcəklər” deyən Baqiri, ABŞ-ın səhv xarici siyasət yürütdüyünü və atılan addımların təsadüfi olmadığını bildirib.

Anar Türkeş / Redaktor.az