Almaniya mətbuatı FETÖ-nin İÇ ÜZÜNÜ AÇDI

 13:26 10.04.2019     572

FETÖ terror təşkilatına dəstəyi ilə diqqət çəkən Almaniya mətbuatı, bu dəfə qruplaşmanın iç üzünü nümayiş etdirən məlumatlar yayıb.

Redaktor.az xəbər verir ki, ölkənin ən çox oxunan qəzetlərindən “Süddeutsche Zeitung” qruplaşmanın necə təşkilatlandığını, yeniyetmələrin hansı yollarla aldadılaraq FETÖ-yə cəlb edildiyini işıqlandırıb. 

Qəzetin məlumatına görə, terrorçular əsasən din və təhsil vasitələrindən istifadə edərək, ailələri aldadır. Nəticədə onlar övladlarını FETÖ məktəblərinə yerləşdirir. FETÖ-nin əsl fəaliyyətindən xəbərdar olub qruplaşmadan ayrılmaq istəyən gənclərə isə ciddi şəkildə əngəllər törədilir.

Qeyd edilib ki, qruplaşmaya qoşulan şəxslərin adları dəyişdirilir. Onlar məcburi terror təhsilinə məruz qalır. Gənclərə FETÖ lideri Fətullah Gülənin kitablarını oxumaq üçün təzyiq göstərilir. Təşkilat üzvü olan yeniyetmələrə, aldıqları təhsil barədə verilən suallara yalnış cavab verməsi üçün xüsusi təlimlər keçilir.

Məlumata görə, təşkilata qoşulan gənclərdən bəziləri qəzetə gizli müsahibə verməyə razılıq verib. Lakin onlar adlarının açıqlanmasını istəməyib. Bu da, təşkilatın onlar üzərində necə təzyiq qurduğunu sübut edir. Xəbərdə FETÖ-nin Almaniyada 1990-ci illərdə fəaliyyətə başladığı qeyd edilir.

Anar Türkeş / Redaktor.az