Rusiya cinayət işi açdı Yazova hökm oxuyan hakimlərə

 13:10 10.04.2019     429

Rusiya İstintaq Komitəsi SSRİ-nin keçmiş müdafiə naziri Dmitri Yazov barədə həbs qərarı çıxaran Litva məhkəməsinin hakimləri barədə cinayət işi açıb.

Redaktor.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, cinayət işi Vilnüs Dairə Məhkəməsinin hakimləri Aynor Matsyaviçen, Ayvı Suvilen, Virgini Tamoşyunayte və Arturas Şumskasa qarşı qaldırılıb. Qeyd edək ki, ötən ay Vilnüs Dairə Məhkəməsi Dmitri Yazovun 10 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Buna səbəb, onun 1991-ci ildə Litvada törədilmiş qanlı hadisələrdə günahkar bilinməsidir.

Əlavə edək ki, Yazov Qanlı Yanvar hadisələrində də günahkar bilinir. Məhz onun rəhbərliyi altında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ qoşunları Bakıda əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açıb.

Anar Türkeş / Redaktor.az