Donald Tramp Türkiyəyə SƏFƏR EDƏCƏK Mövlud Çavuşoğlu açıqladı

 13:20 10.04.2019     455

“Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın Türkiyəyə səfəri planlaşdırılır”.

Redaktor.az-ın məlumatına görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NTV televiziyasına müsahibəsində belə deyib. Onun sözlərinə görə, “Ağ ev” rəhbəri Türkiyəyə gəlmək istədiyini özü dilə gətirib. Diplomat bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğanın da Vaşinqtona səfəri gündəmdədir.

Qarşılıqlı səfələrin tarixinin müəyyənləşdirilməsi üçün səylər davam etdirilir. Çavuşoğlu iki ölkə arasında bəzi fikir ayrılıqlarının olduğuna diqqət çəkərək, gərginliyin aradan qaldırılması üçün bu cür səfərlərin vacib olduğunu vurğulayıb.

Anar Türkeş / Redaktor.az