Nursultan Nazarbayevdən növbədənkənar seçkilər barədə AÇIQLAMA

 16:09 10.04.2019     428

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev dövlət başçısı vəzifəsini icra edən Kasım-Jomart Tokayevin növbədənkənar seçki barədə qərarına dəstək verib.

Redaktor.az-ın yerli mənbələrə istinadən məlumatına görə, Nazarbayev bildirib ki, hakimiyyətin legitimliyini daha da gücləndirmək üçün seçkilərin keçirilməsi vacibdir.

O, bəyan edib ki, prezident seçkiləri qanunvericiliyə, bütün demokratik normalara və prosedurlara uyğun şəkildə həyata keçirilməlidir.

Nazarbayev seçki kampaniyasında hakim “Nur Sultan” partiyasını fəal iştirak etməyə çağırıb.

Xatırladaq ki, prezident səlahiyyətlərini icra edən Kasım-Jomart Tokayev növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Seçki iyunun 9-na təyin edilib.

Anar Türkeş / Redaktor.az