Ərdoğan Baxçalı ilə görüşüb "Cumhur İttifaqı" yeni seçki tələb edir

 17:09 10.04.2019     426

Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla Milliyətçi Hərəkat partiyasının lideri Dövlət Baxçalı arasında görüş olub.

Redaktor.az-ın məlumatına görə, görüş zamanı İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsi barədə məsələlər müzakirə olunub. 30 dəqiqə davam edən toplantı mətbuat üçün qapalı olub.

Görüşün yekunlarına dair məlumat verilməyib.

Xatırladaq ki, İstanbulda bələdiyyə seçkilərində çoxlu qanun pozuntuları aşkar edilib. Bu üzdən, hakim Ədalət və İnkişaf partiyasıyla Milliyətçi Hərəkat partiyasının təşkil etdiyi “Cumhur İttifaqı” seçkilərin yenidən keçirilməsini tələb edir.

Anar Türkeş / Redaktor.az