Fransa XİN Trampın "SEPAH" barədə qərarını TƏNQİD ETDİ

 19:01 10.04.2019     398

Fransa ABŞ-ı Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edib.

Redaktor.az-ın məlumatına görə, Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibi Aqnes Von der Mühl bildirib ki, prezident Donald Trampın addımları qərbi Asiyada vəziyyəti gərginləşdirir.

"“Ağ ev” rəhbərinin İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçu siyahısına daxil etməsi yalnış qərardır” - deyə Xanım siyasətçi qeyd edib.

Onun sözlərinə görə, Tehranın nüvə sazişinə sadiq qalacağı təqdirdə Paris də üzərinə düşən öhdəlikləri yerinə yetirəcək.

Anar Türkeş / Redaktor.az