Tereza Mey Avropadan istədiyini aldı - Brexit təxirə salındı

 10:50 11.04.2019     399

Avropa Birliyi Böyük Britaniyanın qurumdan ayrılmasının (Brexit) təxirə salınmasına razılıq verib.

Redaktor.az Anadolu agentliyinə istinadən məlumat verir ki, bu barədə Brüsseldə keçirilən Avropa Birliyi ölkələri liderlərinin qəbul etdiyi birgə bəyənatda qeyd edilir.

Bəyənata görə, Brexit prosesi bu ilin oktyabr ayının 31-nə qədər uzadılıb.

Lakin tərəflər bu tarixə qədər Brexit barədə razılıq əldə edərsə, saziş imzalanandan bir gün sonra qüvvəyə minəcək. Bundan əlavə, mayın 22-nə qədər tərəflər razılıq edə bilməsə, London may ayının sonunda təşkil olunacaq Avropa Parlamenti seçkilərində iştirak etməlidir. Britaniya hökuməti seçkilərə qatılmaqdan imtina edərsə, Brexit iyunun 1-də həyata keçiriləcək.

Anar Türkeş / Redaktor.az