ÇİN-AB görüşü MƏHSULDAR KEÇİB

 11:51 11.04.2019     521

“Brüsseldə Çin və Avropa Birliyi arasında keçirilən görüş məhsuldar olub”.

Redaktor.az xarici KİV-lərə istinadən məlumat verir ki, bu barədə Çinin baş naziri Li Keqianq açıqlama verib. O bildirib ki, tərəflər bu il ərzində Ətraflı İnvestisiya Müqaviləsinə dair müzakirələrdə yekun qərarlar qəbul etmək və 2020-ci ilə qədər müqavilə imzalamaq barədə razılığa gəlib. Toplantıda islahatlarla bağlı strateji tərəfdaşlığın genişləndirilməsinin və sülhün qorunmasının önəminə toxunulub.

Qeyd edək ki, bu tərəflər arasında sayca 21-ci görüşdür. Toplantıda Avropalı liderlər Donald Tusk və Jan Kold Yunker, qurumun Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini o cümlədən digər rəsmilər iştirak edib.

Anar Türkeş. Redaktor.az