Sudan prezidenti İSTEFA VERDİ

 12:47 11.04.2019     486

Sudan prezidenti Ömər əl-Bəşir istefa verib.

Redaktor.az xarici KİV-lərə istinadən məlumat verir ki, bu barədə yerli qurumlar üzrə nazirlikdən açıqlama verilib. Bildirilib ki, rəsmilər keçid hökumətinin qurulması üçün müzakirələri davam etdirir.

Qeyd edək ki, prezidentin istefa xəbəri yayılmazdan əvvəl ordu dövlət başçısının və hökumətin istefaya göndərildiyini bəyan edib. Paytaxt  Xartumda Sudan ordusunun baş komandanlığının təcili iclası keçirilib.

Prezident Ömər əl-Bəşir iclasda iştirak etməyib. 

Anar Türkeş / Redaktor.az