Rusiyadan Türkiyəyə BÖYÜK JEST - Geri çəkildilər

 14:21 11.04.2019     441

Rusiya hərbçiləri Suriyanın Tel-Rifat bölgəsini tərk edib.

Redaktor.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat verib. Bu addımın Moskvada Rusiya və Türkiyə prezidentləri arasında baş tutan görüşdən sonra atılması diqqət çəkib.

Qeyd edək ki, Rusiya hərbçilərinin bölgədə mövcudluğu Türkiyə ordusunun YPG/PKK terrorçularına qarşı əməliyyat təşkil etməsinə əngəl törədirdi.

Anar Türkeş / Redaktor.az