Ukrayna ordusu Donbasda separatçıları vurdu - VİDEO

 13:48 11.04.2019     427

Ukrayna ordusu Donbasda separatçıların nəzarətində olan və Rusiya tərəfindən dəstəklənən bir sıra gözətçi məntəqələrinə zərbə endirib.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, 46-cı ordu birləşməsinə aid qrupların əməliyyatı zamanı 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Xatırladaq ki, Ukraynada 2014-cü ildə vətəndaş müharibəsi salınıb və bunun nəticəsi olaraq Rusiya tərəfindən dəstəklənən separatçılar Donbasda hakimiyyəti ələ keçirərək “müstəqillik” elan ediblər.