İtaliyadan sonra Fransadan TÜRKLƏRƏ "ERMƏNİ ZƏRBƏSİ"

 15:13 11.04.2019     401

Fransa prezidenti Emmanuel Makron aprelin 24-nü rəsmi olaraq qondarma “erməni soyqırımı anma günü” elan edib.

Redaktor.az İxlas xəbər agentliyinə istinadən məlumat verir ki, bununla da bu aprelin 24-ü Fransada “erməni soyqırımı anma günü” kimi qeyd ediləcək.

Xatırladaq ki, Makron fevral ayında təşkil olunan toplantı zamanı soyqırım gününün qeyd ediləcəyi ilə bağlı söz vermişdi.

Onu da qeyd edək ki, bu gün İtaliya parlamenti qondarma “erməni soyqırımı"nın tanınması ilə bağlı qanun təklifini qəbul edib.

Anar Türkeş / Redaktor.az