Erməni erməninin ayağını tapdamaz... Paşinyan Tonoyanı müdafiə etdi

 15:37 11.04.2019     405

“Mənim bəyanatlarım və Müdafiə naziri David Tonoyanın şərhlərində ziddiyətli heç nə yoxdur”.

Redaktor.az Axar.az-a istinadən xəbər verir ki, bunu Brüsseldə Avropa Şurasının baş katibi Yaqlandla birgə təşkil etdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, erməni tərəfinin yeganə təklifi bir-birinə qarşı güc tətbiqinin dayandırılmasıyla bağlıdır.

O, tərəflərin təhdid dilindən imtina etməli, cəmiyyətlərini sülhə hazırlamalı olduğunu bildirib.

Paşinyan Azərbaycanın onun çağırışlarına cavab verəcəyinə ümid etdiyini deyib.

Qeyd edək ki, bundan öncə Tonoyan Azərbaycanı yeni ərazilərinin işğalı ilə təhdid edib. Paşinyan isə Tonoyanın bu bəyanatını dəstəkləyib.