Prezidentin qardaşlarının evləri mühasirəyə alındı - Sudanda SON VƏZİYYƏT

 16:23 11.04.2019     386

Sudan ordusu devrilmiş prezident Ömər əl-Bəşirin qardaşlarının Xartum Bahri şəhərindəki evlərini mühasirəyə alıb.

Redaktor.az Anadolu agentliyinə istinadən məlumat verir ki, villaların ətrafına çox sayda silahlı əsgər cəlb edilib. Bundan əlavə, hərbçilər hakim Milli Konqres partiyasının liderlərini nəzarətə götürüb.

Həmçinin, prezidentin devrilməsindən sonra həbsdə olan yüzlərlə müxalifətçi azadlığa buraxılıb.

Anar Türkeş / Redaktor.az