Sudan prezidenti HƏBS EDİLDİ

 16:39 11.04.2019     610

Sudanın Ali Hərbi Şurası ölkənin idarəçiliyini ələ keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub. Məlumata görə, devrilmiş prezident Ömər əl-Bəşir isə həbs edilib. Bildirilib ki, keçid dövrü iki il davam edəcək.

Həmçinin, ölkədə 3 ay fövqəladə vəziyyət rejimi tətbiq edilib. 1 ay boyunca 19:00-dan sonra küçəyə çıxmağa qadağa qoyulub. Parlament buraxılıb. Yerli qurumların fəaliyyəti dayandırılıb.

Anar Türkeş / Redaktor.az