Putin yeni silahdan DANIŞDI - ABŞ-ı məhv etməyə kifayət edir

 18:06 11.04.2019     401

Rusiya prezidenti Vladimir Putin yeni nəsil qitələrarası ballistik raket “Sarmat”ın sonuncu test mərhələsində olduğunu bəyan edib.

Redaktor.az yerli mənbələrə istinadən məlumat verir ki, Kreml rəhbəri yaxın günlərdə yeni silahların ordunun inventarına daxil ediləcəyini bildirib. Bundan əlavə, “Xəncər” adlı səsdən sürətli raket və lazer silah sistemi “Peresvet”in testləri isə tamamlanaraq ordunun istifadəsinə verilib.

Rusiyanın hərbi eksperti Aleksey Leonkovun sözlərinə görə, “Rs-Sarmat” qitələrarası raketlərin dağıdıcı qüvvəsi olduqca çoxdur. Məsələn, ABŞ-ın tamamilə məhv edilməsi üçün 10 ədəd “Rs-Sarmat” raketi kifayət edər.

Anar Türkeş / Redaktor.az