Paşinyanı tərlədən sual: "Krım kimindir"

 19:17 11.04.2019     411

Avropa Şurası Parlament Assambleyasının Strazburqda keçirilən iclasında maraqlı hadisə yaşanıb.

İclasda iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyan “Krım kimindir?” sualına  cavab verməyə çətinlik çəkib. Bu məlumatı Panarmenian.net agentliyi yayıb.

 Paşinyan suala birbaşa cavab verməkdən yayınıb.  “Bəzən konflik edən tərəflərin hər ikisi də dost olur və bu səbəbdən onlar arasında seçim etmək çətinləşir. Bəzi hallarda nəyəsə məcbur oluruq, lakin bizim əsas seçimimiz-sülh və danışıqlardır. Qəribədir ki, insanlar bəzən sülh üçün yaranan tribunaları müharibəni qızışdırmaq üçün istifadə edirlər”.

Qeyd edək ki, Rusiya 2014-cü ilin baharında Ukraynaya məxsus olan Krım yarımadasını silah gücünə ilhaq edib.

Rüfət Xəlil / REDAKTOR.AZ